IQNA

Rəfahda 100 Quran hafizi üçün mükafatlandırma mərasimi keçirilib

6:02 - April 11, 2024
Xəbər sayı: 3495771
İQNA – Qəzza zolağının cənubundakı Rəfah şəhərində 100 Quran hafizi mükafatlandırılıb.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, Rəfahdakı Qaçqınlar Mərkəzinin səlahiyyətliləri müxtəlif yaş qruplarından olan 100-dən çox Qurani-Kərim qarisinin şərəfinə mərasim təşkil edib.

İştirakçılardan biri müharibənin uşaqları və böyükləri Quran proqramlarından uzaqlaşdırdığını bildirib və qeyd edib ki, bu proqramlar sayəsində məqsəd Qurani-Kərim ayında Quran təlimi ilə boşluğu aradan qaldırmaq və iştirakçıları Qurana bağlamaqdır.

Əzbərləmə mərkəzinin direktoru məqsədinin bu sığınacaqda hər kəsin vəhy kəlamı ətrafında bir araya gəlməsini təmin etmək olduğunu və bu layihəyə 5 ay əvvəl başladıqlarını bildirib. O, bütün ağrı və sıxıntılara baxmayaraq mətanətlə müqavimət göstərdiklərini və Qurani-Kərimlə ayağa qalxaraq düşmənləri ilə vuruşduqlarını və bundan sonra da mübarizə aparacaqlarını bildirib.

O, həmçinin əlavə edib ki, indiyədək iki qrup Quran hafizi məzun olub, təfsir və qiraət kursları da təşkil olunacaq.

Qaçqınlar Mərkəzinin direktoru bildirib ki, bu müsabiqə Ramazan ayında müharibənin ağır şərtlərinə baxmayaraq həyata keçirilib. Həmçinin bu proqramın həyata keçirilməsində ictimaiyyətin marağı və könüllülərin həvəsi çox təsirli olub.

4209536

captcha