IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-yə istinadla xəbər verir ki, Əməliyyat otağı İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı- Məhəmməd Şia Əs-Sudani-nin başçılığı altında fəaliyyət göstərəcək.
İyirmi səfər- altı sentyabr, dünya şiələrinin üçüncü imamı- Həzrət İmam Hüseyn ələyhissəlamın və onun sadiq köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının qırxıncı günü- Ərbəin günüdür.
İraq daxili işlər nazirliyi bu ölkədəki daxili və xarici zəvvarlar üçün Ərbəin ziyarətinə məxsus təhlükəsizlik və xidmət proqramlarını şərh edib.
İraq daxili işlər nazirliyinin sözçüsü Xalid əl-Məhna, bu ölkənin rəsmi informasiya agentliyinə deyibdir ki: Təhlükəsizlik baxımından, önləyici əməliyyat və hava nəzarətləri həyata keçiriləcək və birgə əməliyyat otağı vasitəsilə bütün təhlükəsizlik təşkilatları arasında yüksək ahəngdarlıq olacaq.
Digər tərəfdən, İraqın Diyalə vilayətində əl-Həşdüşşəbi əməliyyatının komandiri Sadiq əl-Hüseyni, Hüseyn Ərbəini zəvvarlarının təhlükəsizliklərinin təmini sahəsində PUA-ların iştirakından xəbər verib.