IQNA

Gürcüstanda İslam maarifi müsabiqəsi keçirilib

16:29 - May 02, 2023
Xəbər sayı: 3494113
Bu ölkədə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən 24-cü İslam maarifi və dini elmlər müsabiqəsi keçirilib.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Gürcüstanın tələbə və gənc tələbələrinin dini elmlərin əsasını gücləndirmək məqsədilə Gürcüstan Müsəlmanları İdarəsinin səyləri və İranın Mədəniyyət Məsləhətçiliyinin əməkdaşlığı ilə Tbilisidə 24-cü İslam maarifi və dini elmlər müsabiqəsi keçirilib.

Tiflis Cümə məscidinin kitabxanasında keçirilən bu olimpiadada Müsəlmanlar İdarəsinin Marneoli, məscidlər və şiə kəndləri üzrə nümayəndəliyi, Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərindən 250 istedadlı gənc tələbə iştirak edirdi.

Şagirdlər hazırlanmış 40 sualı cavablandırıb və özlərini sınayıblar. Bu imtahanın mənbələri ötən il Gürcüstan Müsəlmanları İdarəsi ilə birgə nəşr olunmuş “Səmavi hədiyyələri” kitabının 6 və 7-ci cildləri idi.

Qeyd edək ki, bu müsabiqənin qaliblərinə nəticələr elan edildikdən sonra Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən xatirə mükafatları veriləcək.

4137922

captcha