IQNA

ABŞ-ın Corciya əyalətinin parlamentinə ilk müsəlman qadın daxil olub

19:52 - November 12, 2022
Xəbər sayı: 3493248
Fələstin əsilli qadın və ABŞ aralıq seçkilərində Demokratlar Partiyasının namizədi Rui Roman Corciya ştatının parlamentinə daxil olub.

"İQNA", "Ərəbi 21" xəbər saytına istinadən xəbər verir ki, çərşənbə axşamı, noyabrın 8-də ABŞ-da keçirilən aralıq seçkilərində, ABŞ Nümayəndələr Palatasındakı 435 yerin hamısı, Senatdakı 100 yerdən 35-i və ABŞ Qubernatorluğundakı 36 yer üçün səsvermə keçirilib.

Fələstin əsilli 28 yaşlı Rui Roman, seçki kampaniyasında hökumətin hamının xeyrinə işləməli olduğunu vurğuladı.

Bu siyasi fəal 1994-cü ildə İordaniyada fələstinli ailədədə anadan olub. Onun 7 yaşı olanda ailəsi Corciya əyalətinə mühacirət edib.

Roman 2019-cu ildə Corctaun Universitetinin McCourt İctimai Siyasət Məktəbində dövlət siyasəti üzrə magistr dərəcəsi alıb.

O, daha sonra siyasi arenaya çıxıb. O, özünü vətəndaş fəallığı, siyasi fəallıq, dinlərarası dialoq və ictimai xidmətlə maraqlanan biri kimi göstərib.

4098497

captcha