IQNA

Bütün İslami İranda 13 aban yürüşləri keçirilir

17:23 - November 04, 2022
Xəbər sayı: 3493200
İlahi on üç aban günü yürüşü məktəblilər, tələbələr və xalqın müxtəlif təbəqələrinin iştirakı ilə Amerikanın Tehrandakı sabiq casusluq yuvasının qarşısında, eləcə də ölkənin 900 şəhərində keçirilir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Qırx üç il bundan öncə belə bir gündə İran tələbələri Ağ Ev-in İran İslam İnqilabına qarşı fitnələrinə etiraz olaraq, Amerikanın Tehrandakı casusluq yuvası olan səfirliyini ələ keçirdilər.

On üç aban, İran İslam İnqilabı tarixinin üç həssas dövründə üç mühüm hadisəni yada salır.

Bu üç mühüm hadisə,/ 1964-cü il noyabrın dördündə Həzrət İmam Xomeyni(r.ə)-in Türkiyəyə sürgün edilməsi, 1978-ci il noyabrın dördündə Pəhləvi rejimi tərəfindən məktəblilərin qırğın edilməsi- qeyd edək ki, bu gün/ hazırda İranda məktəbli günü adlanır- və 1979-cu il noyabrın dördündə İran İslam Respublikasının dahi banisi- İmam Xomeyni(r.ə)-in siyasi kursunun davamçıları olan tələbələr tərəfindən Amerikanın Tehrandakı casusluq yuvasının ələ keçirilməsi kimi inqilabi hərəkətdir. Qeyd edək ki, bu üç mühüm hadisənin hər biri, İran xalqının imperializmlə mübarizə prosesində bir dönüş nöqtəsidir.

Bu gün keçirilən anti-imperializm mərasiminin iştirakçıları “Amerikaya ölüm!” şüarı verməklə, başda cinayətkar Amerika durmaqla hegemonçuluq sisteminin düşmənçilik və imperialist siyasətlərinə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Builki yürüşün Şirazda Şahçıraq(ə) ziyarətgahına qarşı terror aktı şəhdilərinin şəhadətlərinin yeddinci gününə təsadüf etməsi, bu milli və inqilabi hadisənin önəmini daha da artırıbdır.

captcha