IQNA

Birlik təhlükəsizlik gətirir

19:56 - October 11, 2022
Xəbər sayı: 3493061
Livanın İslami Fəaliyyət Cəbhəsinin rəhbəri bəyan edib ki, “İslam birliyi” Allah-Təalaya imandan sonra ən güclü silahdır. Bu baxımdan birlik təhlükəsizlik gətirir və İslam dinini, İslam dünyasındakı müsəlmanların mallarını, Fələstin məsələsini qoruyur.

"İQNA", İslam Məzhəbləri Assosiasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, İslami Fəaliyyət Cəbhəsinin rəhbəri Şeyx Qazi Həninə bu gün, 10 oktyabr 36-cı Beynəlxalq İslam Birliyi Konfransının beşinci vebinarında deyib: "Biz Allah Rəsuluna (s) sevgi bayrağı altında, Uca Allaha, Qurani-Kərimə və İslama iman bayrağı altında toplaşırıq. Bu, həmin vəhdətdir ki, İslam şəriəti bir çox hallarda və iman, ibadət, əxlaq və davranışın müxtəlif aspektlərində ondan bəhs edir".

O əlavə edib: "Müsəlmanlar İslam şəriət hökmləri, ilahi hökmlər, Quran hökmləri və Rəsuli-Əkrəmin (s) sünnəsinə bağlılıq sahəsində vəhdət təşkil edir və bir-biri ilə müttəhiddirlər. Bütün hədislər müsəlmanları söz vəhdətinə, xətt vəhdətinə, iman və İslam qardaşlığına dəvət edir".

İslami Fəaliyyət Cəbhəsinin rəhbəri deyib ki, bu gün biz İslam cəmiyyətinin həyatında yeni mərhələ ilə üz-üzəyik. “100 yeni il” adlandırdığımız bu mərhələdə müsəlmanlar əsas rol oynamalıdırlar.

Həninə, “İslam birliyi”nin Uca Allaha imandan sonra ən güclü silah olduğuna işarə edərək deyib: "Bu baxımdan birlik təhlükəsizlik gətirir və İslam dinini, İslam dünyasındakı müsəlmanların mallarını, Fələstin məsələsini qoruyur".

Həninə sonda deyib ki, İslam dini bütün müsəlmanları bir-birinə bağlayan amildir. Hamımız Uca Allahın dininin sayəsi altındayıq. Biz hamımız İslam şəriətinə və Uca Allahın kitabına əməl edirik.

4090889

captcha