IQNA

İslam birliyi Peyğəmbərin (s) sünnəsindən qaynaqlanan bir zərurətdir

13:34 - October 11, 2022
Xəbər sayı: 3493060
Otuz altıncı beynəlxalq İslam birliyi konfransının yeddinci vebinarında iştirak edən xarici alim və mütəfəkkirlər vurğulayıblar ki, məzhəblərin yaxınlaşması və İslam birliyi Peyğəmbər (s) sünnəsindən və xalis İslamdan qaynaqlanan və müqəddəs İslam dininin zərurətlərindən biridir.

"İQNA", Məzhəblərin Yaxınlaşması Qurumlarının İctimaiyyətlə əlaqələr şöbəsinə, istinadən xəbər verir ki, Əfqanıstanın Şiə Üləma Şurasının rəhbəri Ayətullah Məhəmməd Haşim Salehi Müdərris, bu gün səhər, 11 oktyabrda deyib: "Din təbliğçiləri məzhəb mənşəli olan dəyərli yaxınlaşma məsələsini təbliğ etməlidirlər. Odur ki, hövzədə birlik diskursunun təbliği bu baxımdan ən mühüm tədbirlərdən biridir.

O, 36-cı İslam Vəhdəti Konfransının 7-ci vebinarında vəhdət həftəsini təbrik edərək deyib: "İslam aləmində sülh, paklıq, barışıq, mehribanlıq və islami birlik, təfriqə və ixtilafın qarşısını almaq müqəddəs İslam dininin əsas şərtidir. Vəhdət haqqında o qədər ayə və rəvayətlər var ki, bəlkə də heç bir vacibat bu qədər vurğulanmayıb".

Əfqanıstanın Şiə Üləma Şurasının rəhbəri deyib ki, Əziz Peyğəmbər (s) İslam cəmiyyətində rəftar, əməl, nitq, əfv, dözümlülük, səbir və bağışlama kimi  məsələlərdə əbədi nümunədir. Bəşəriyyətə əbədi bir sünnə hədiyyə gətirdi. Qurani-Kərimdə islamın əziz Peyğəmbəri (s) gözəl bir örnək kimi xatırlanır.

O, bildirib ki, ötən əsrlərdə müsəlmanların vəhdət və birliyi sahəsində çoxlu səylər göstərilib. Şiə alimlərinin təlaşları bu sahədə qismən uğurlu olub. Həzrət İmam Xomeyni (rəh) vəhdət üçün möhkəm addımlar atdı. Əgər elmi hövzələr İmam Xomeyninin (rəh) sivilizasiya baxışına əsasən əməl etməsələr, birlik və vəhdət məsələsində irəliləyiş olmayacaq.

Ayətullah Salehi Müdərris vurğulayıb: "Vəhdət konfransının keçirilməsi məzhəblərin yaxınlaşması və islami həmrəyliyin yaradılması və ifratçılığın rədd edilməsi, eləcə də müqayisəli fiqhin elmi axınının gücləndirilməsi üzərində daha çox işləmək üçün bir fürsətdir.

Uca Allahın ipini birlikdə tutmaq vacib bir əməldir

Kərbəla Universitetinin humanitar elmlər fakültəsinin rəhbəri Höccətül-İslam və əl-müslimin Bəlsam Əziz Şəbib Zamili bu vebinarın davamında vurğuladı: "İslam Vəhdəti Konfransı İslam Vəhdətinin həyata keçirilməsi üçün həll yolları və mexanizmləri axtarmaq üçün işçi qruplar müəyyən etməlidir".

Kərbəla Universitetinin Humanitar Elmlər Fakültəsinin rəhbəri bu vebinarda konfransın mövzusuna toxunaraq dedi: "Əsas sual budur: “İslam birliyini təmin etmək, parçalanma və qarşıdurmadan qaçmaq üçün hansı həll yollarını görməliyik?”. Bu terminlər Allahın kitabında və Rəsulullahın (s) sünnəsində mövcuddur. Uca Allah Qurani-Kərimdə buyurmuşdur: “Bu, sizin ümmətiniz vahid bir ümmətdir, Mən də sizin Rəbbinizəm, qorxun məndən”.

O, bilıdirib ki, müxtəlif İslam məzhəbləri arasında kiçik fərqlər olsa belə, İslam ümməti öz prinsipləri və şüarları əsasında vahid bir ümmətdir. Müsəlmanlar parçalanma və bir-biri ilə münaqişədən çəkinsələr, İslam ümməti vahid ümmət olaraq qalacaq. İslam həmişə müsəlmanları birliyə, ayrı-seçkilik etməməyə çağırmışdır. Qurani-Kərimin ayələrinə əsasən, Allah-Təalanın ipindən birlikdə tutmaq hamımızın etməli olduğu vacib bir əməldir. Bundan əlavə, Allah-Təala bizə təfriqəyə girməyi qadağan etmişdir.

Birliyə nail olmaq sünnə və xalis İslamdan qaynaqlanır

Bu vebinarın davamında Türkiyə Şiə Üləma Birliyinin rəhbəri Kadir Akaras, öz sözlərində vurğuladı: "İslamı dünyaya əsl Məhəmməd anlayışı ilə tanıtmaq lazımdır. Bu, ancaq Peyğəmbərin İslamını təbliğ etməklə mümkündür".

Türkiyə Şiə Alimlər Birliyinin sədri həqiqi İslamı tanımağı arzu olunan İslam amallarının həyata keçməsi üçün müqəddimə hesab edib və deyib: "Rəsulullahın düzgün sünnəsini və həqiqi Məhəmmədi İslamı tanımaq vəhdət əldə etməyin zəruriliyini daha da artırır. Çünki İslam düşmənləri bütün bəşəriyyətlə, ölkə və millətlərlə, bütün sivilizasiyalarla yarışırlar. Bu münaqişə və rəqabət bütün texnoloji, iqtisadi, dini və mədəni sahələrdə davam edir. Müsəlmanlar bu rəqabətdən geri qalmamalıdır. İslamofobiya nəzəriyyəsi bu gün qərb dünyasında həyata keçirilir. Yəni düşmənlər müsəlmanları və qeyri-müsəlmanları inandırmağa çalışırlar ki, İslam terrorçular tərəfindən yaradılmış zorakı bir dindir. Bu yolla qərbli insanı İslam və müsəlmanlardan qorxudurlar.

O, bildirib ki, bu nəzəriyyəni sterilizasiya etmək və onu təsirsiz hala gətirmək lazımdır. İslamı dünyaya əsl Məhəmməd anlayışı ilə tanıtmaq lazımdır. Bu, ancaq Peyğəmbər İslamını təbliğ etməklə mümkündür. Biz İslamı əsl forması ilə, yəni zülmə qarşı olan vəhy, mərhəmət və ədalətə əsaslanan formada, eyni zamanda dünya və axirət səadətini təmin edən bir din olaraq tanıtmalıyıq.

4091033

captcha