"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, bu mərasimdə Naxçıvan Muxtar Respublikasının müxtəlif idarələrinin məsul işçiləri, Qubernator, Xarici İşlər Nazirliyinin rəisi, Naxçıvan Ali Məclisinin beynəlxalq əlaqələr üzrə baş müşaviri və digər şəxslər iştirak ediblər.
İranın Naxçıvandakı baş konsulu Hüseyni, İmam Xomeyninin (rəh) həyatının müxtəlif dövrləri, mübarizələri, sürgün, şəxsiyyəti və əxlaqi-irfani xüsusiyyətləri və onun inqilabdan sonra İslam Cümhuriyyətinin enişli-yoxuşlu hadisələrdə idarəçiliyi və rəhbərliyi haqqında danışıb. O, baş vermiş böhranların həllində İmam Xomeyninin (rəh) rolu və İmam Xomeyni (rəh) yolunun davamçısı kimi İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İnqilab gəmisinə rəhbərliyinin davam etdirilməsi barədə izahlar verib.
Sonra Urmiyanın Qərbi Azərbaycan vilayətinin gənc və sadiq şairlərindən biri, Urmiyadakı ədəbi cəmiyyət və dərnəklərin fəal üzvü Məhəmməd Rza Qurbani İmam Xomeyni (rəh) və Əhli-beyt (ə) haqqında fars və azəri dillərində şeirlər söyləyib.
Bundan sonra Naxçıvanda təhsil alan iki iranlı tələbə İmam Xomeyninin (rəh) həyatı, irfani və ümumbəşəri şəxsiyyəti haqqında ürək sözlərini deyib və onun yüksək məqamına ehtiramlarını bildiriblər.
Mərasimin sonunda İmam Xomeyninin (rəh) bütün həyatını əks etdirən, İranın mədəniyyət nümayəndəsi tərəfindən Azərbaycan dilində hazırlanmış PowerPoint proqramı (mətn və şəkil şəklində) nümayiş etdirilmişdir.
4062000