IQNA

Yer günü münasibəti ilə yaşıl moizə kampaniyasına start verilib

17:31 - April 24, 2022
Xəbər sayı: 3492120
Dünyanın müxtəlif şəhərlərində cümə xütbələrində ətraf mühitin əhəmiyyətinə bir xütbə həsr olunmaqla ətraf mühit haqqında ictimaiyyətin məlumatını artırmaq məqsədi ilə "Yaşıl Xütbə" adlı kampaniyaya start verilib.

"İQNA", "Abbott İslam"-a istinadən xəbər verir ki, İnsanın yer üzündə Allahın xəlifəsi roluna inanan müsəlman dini liderlər Yer Gününü 22 Aprel Cümə günü Yaşıl Xütbə Kampaniyası ilə qeyd ediblər.

Məscidlərdə cümə imamları bəşəriyyətin üzləşdiyi ekoloji problemlər haqqında məlumatı artırmaq üçün xütbələr oxuyublar. Ramazan ayının ortasında baş tutan builki şüarı "Əməllə qəlbləri və düşüncələri dəyişdirin"dir.

Kanadanın ətraf mühitin mühafizəsi ilə məşğul olan Khaleafa.com saytının direktoru və kampaniyanın yaradıcılarından biri olan Muiz Nasir deyib: "Məhəmməd Peyğəmbərin (s) bizi zülmə qarşı əlimizlə, dilimizlə və qəlbimizlə hərəkətə keçməyə çağırdığı bir hədisi xatırladıq. Yəni biz hərəkətimizlə, sözümüzlə, niyyətimizlə dəyişiklik edirik. Ona görə də, bu ili bu şüarla adlandırdıq."

Bu kampaniya ilk dəfə 2012-ci ildə Kanadada başlayıb. Hər il dünya üzrə Cümə imamları möminlərə Quranı xatırladan mesajlar çatdırmağa təşviq edilir. O da, yer üzündə Allahın xəlifəsi və onun mühitinin qoruyucusu olmaqdır.

4051626

captcha