IQNA

“Kərbəlada insanlıq dərsi” mövzusunda vebinar keçirilib

15:27 - August 22, 2021
Xəbər sayı: 3490573
Ötən gün, Gürcüstanın Müsəlman Qadınlar İcmasının təşkilatçılığı ilə Kərbəla şəhidlərinin şəhadəti ildönümü münasibəti ilə “Kərbəlada insanlıq dərsi” mövzusunda vebinar keçirilib.

Ötən gün, 21 Avqust 2021-ci il, Gürcüstanın Müsəlman Qadınlar İcmasının təşkilatçılığı ilə Kərbəla şəhidlərinin şəhadəti ildönümü münasibəti ilə “Kərbəlada insanlıq dərsi” mövzusunda vebinar keçirilib.

Onlayn şəkildə 50-nəfərə yaxın inanclı xanımların iştirakı ilə keçirilən vebinarda Gürcüstan, Azərbaycan və Türkiyədən xanım natiqlərin çıxışları olub.  Sonda şeir və dualar oxunub.

Qurani-Kərimin tilavəti ilə başlayan vebinarda Kərbəla hadisəsinin İslamin yaşamasında rolu, Kərbəla şəhidlərinin əxlaqi xüsusiyyətləri və Kərbəlanın insanlara təqdim etdiyi dərslər haqqında danışılıb.

Qeyd edək ki, Gürcüstan Müsəlmanlar İdarəsinin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınlar İcması pandemiyadan dolayı müxtəlif mövzularda onlayn şəkildə seminarlar təşkil etməkdədir. /oxuinfo

captcha