İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları ötən gün (3 Avqust 2021) İranın yeni prezidentinin işə başlaması hökmünü təsdiq ediblər.
İranın 13-cü prezidentinin işə başlaması hökmünün təsdiqi mərasimi İmam Xomeyni (r.ə) adına Hüseyniyyədə keçirilib.
Ali Məqamlı Rəhbərin hökmü zati ailələri tərəfindən yeni seçilmiş prezident Höccətul-İslam vəl-müslimin Seyid İbrahim Rəisiyə təqdim edilib.