Müasir hədis araşdırmaçısı, əqli və nəqli elmləri, nəzəri irfan və fəlsəfə mətkəbini birləşdirərək "Təfkik Məktəbi"ni yaradanlardan biri, dəyərli "əl-Həyat" hədis məcmuəsinin müəllifi İlahiyyatçı yazar və İslamşünas alim Məhəmmədrza Həkimi koronavirus səbəbi ilə xəstəxanaya yerləşdirilib.
O, bundan iki həftə öncə də covid-19 vaksinlərini qəbul etdikdən sonra koronavirus testinin cavabı müsbət olduğu üçün bir neçə gün xəstəxanada müalicə almış və vəziyəti müsbətə doğru dəyişdiyi üçün tərxis edilmişdi.
Vəziyəti yenidən ağırlaşdığı üçün hazırda xəstəxananın İCU bölməsinə yerləşdirilib.
Məhəmmədrza Həkiminin ailəsi müsəlmanlar onun şəfası üçün 21 dəfə İsra surəsinin 82-ci " وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ" ayəsini tilavət etməyi xahiş ediblər.
Qeyd edək ki, Məhəmmədrza Həkimi "əl-Həyat" hədis məcmuəsi, "Xurşide Məğrib" (İmam Zaman ə.f barədə), "Əqle Sorx" (İmam Hüseyn ə. barədə), "Aşura: artırılmış məzlumiyyət", "Şeyx Ağabozorg Tehrani", "Təfsire Afitab" və "Fəryade Ruzha" kitablarının müəllifidir. /iqna