IQNA

Kanadada uşaqlara Əhli-Beyt (ə) maarifi virtual öyrədilir

23:27 - January 28, 2021
Xəbər sayı: 3489157
Tehran (IQNA) -  Kanadanın Edmonton şəhərinin İmam Hüseyn (ə) adına İslam Mərkəzinin təşəbbüsü ilə uşaqlara virtual Əhli-Beyt (ə) maarifi təlimi kursları keçirilir.

Tehran (IQNA) -  Kanadanın Edmonton şəhərinin İmam Hüseyn (ə) adına İslam Mərkəzinin təşəbbüsü ilə uşaqlara virtual Əhli-Beyt (ə) maarifi təlimi kursları keçirilir.

Kanadanın Edmonton şəhərinin İmam Hüseyn (ə) adına İslam Mərkəzi müsəlman valideynlərə uşaqlarını virtual keçirilən bu kurslara qoşmaq barədə çağırış edib.

İmam Hüseyn (ə) adına İslam Mərkəzi həmçinin bildirib ki, Əhli-Beyt (ə) maarifi təlim kursları bir sıra valideynlərin təklif, istək və arzularını nəzərə alaraq təşkil edilib.

Bu mərkəzin Əhli-Beyt (ə) maarifi virtual kursları Fevral ayının 6-danetibarən başlayacaq. Hər həftənin Şənbə günü yerli vaxtla saat 16:30-dan 11:30-dək keçiriləcək.

İlk 10 həftədə İmam Səccadın (s) "Risalətul-Hüquq" kitabı uşaqlara öyrədiləcək.

Kurslarda uşaqların valideynləri də iştirak və övladlarına kömək edə bilərlər.

Kurslarda iştirak etmək istəyən 5-10 yaşlı uşaqlar aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: Virtual Əhli-Beyt (ə) Maarifi Kursu

/3950171

captcha