Deyerler.org-un verdiyi xəbərə görə, İmam Əlinin (ə) İlahi tərəfindən Peyğəmbərdən (ə) sonra ümmətə imam və rəhbər seçilməsi günü - Qədir Xum bayramı münasibətilə İmam Əlinin mütəhhər hərəmi minlərlə tər gül-çiçəklə bəzədilib. Hərəmdə “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır” yazılmış plakatlar, bayraqlar asılıb. Hərəmin bütün meydanlarına asılan rəngli işıqlar isə, bayrama xüsusi bir rəng qatıb.