IQNA

Rusiyada uşaqlar üçün Quran təlimi düşərgəsi

11:31 - August 01, 2018
Xəbər sayı: 3483574
Rusiya federasiyasının müxtəlif bölgələrindən olan müsəlman uşaqları yay tətilində Saratov meşələrindəki ən böyük yay düşərgəsində Quran qiraəti öyrənir, ibadət və dini əməllərlə tanış olurlar.

Rusiyada uşaqlar üçün Quran təlimi düşərgəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının müxtəlif bölgələrindən olan müsəlman uşaqları yay tətilində Saratov meşələrindəki ən böyük yay düşərgəsində Quran qiraəti öyrənir, ibadət və dini əməllərlə tanış olurlar.

Volqa regionunda müsəlmanların işi üzrə idarənin beynəlxalq əlaqələr şöbəsi bildirib ki, Rusiyanın müxtəlif bölgələrinə düşərgələr vardır. Amma Saratovdakı yay düşərgəsi müsəlmanların əmlakıdır və öz növündə misilsizdir. Həmçinin Rusiyanın müxtəlif ərazilərindən olan müsəlman uşaqları burada toplaşaraq şad və mənəvi istirahətlər edirlər.

Bu düşərgədə müsəlman uşaqları İyul ayının 18-dən toplaşırlar və  qırxbeş gün müddətində düşərgədə qalırlar. Onlar bu müddətdə Quran oxumağı öyrənir, İslami əxlaq, əqidə və hökmlərlə tanış olurlar.

Müsəlman uşaqları bu düşərgədə dini təlimlərdən əlavə müxtəlif mədəni fəaliyyətlər göstərir, idman edirlər, müxtəlif yarışlarda iştirak edirlər və əl sənayesi öyrənirlər.

Düşərgənin ilk 3 həftəsi 7 yaşından 14 yaşınadək oğlanlar üçündür ki, sayları 210 nəfərdir. Axırıncı 3 həftə isə sayları 180 nəfər olan qız uşaqları üçün müxtəlif dini və mədəni proqramlar icra edilir. Uşaqlar ümumilikdə yaşa görə 8 qrupa bölünürlər və hər qrupa bir tərbiyəçi və köməkçisi başçılıq edir.  

http://iqna.ir/fa/news/3734469

captcha