IQNA

Yarışlar çərçivəsində bəlli oldu;

Əlcəzairlilərin Peyğəmbərin (s) şənində dedikləri ən yaxşı mədhiyyə

21:57 - January 02, 2017
Xəbər sayı: 3481217
Əlcəzair şairlərinin Həzrət Məhəmməd (s) peyğəmbərin şənində dedikləri şer və mədhiyyələrin ən yaxşısı milli yarışlar çərçivəsində məlum oldu.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Əlcəzayirin "Əl-Bilad" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Əlcəzair şairlərinin Həzrət Məhəmməd (s) peyğəmbərin şənində dedikləri şer və mədhiyyələrin ən yaxşısı milli yarışlar çərçivəsində məlum oldu.

Əlcəzayirin "Sükrə" şəhərinin "Zaviyətul- Qadiriyyə" məscidində keçirilən mərasimdə bu ölkənin "İslam Peyğəmbərinin (s) şənində deyilən ən yaxşı mədhiyyə yarışı"larının qalibləri elan edildi.

Bu mərasimdə elan edilən nəticələrə görə, Məsud Qəmhəsin "ər-Rəhmətul-Mühdat (hədiyyə edilmiş rəhmət) və Ramazan Bunkanunun "İla Sakinil- Mədinətil- Münəvvərə (Mədinənin sakininə)" qəsidələri bu yarışlarının qalibləri seçilərək mükafata layiq görüldülər.    

http://iqna.ir/fa/news/3559007

captcha