IQNA

İrəvanın "Göy Məscid"i Quran hifzi yarışlarına evsahibliyi edir

23:45 - January 16, 2016
Xəbər sayı: 3480064
Tehran, 16.01.2016 – İrəvanın "Göy Məscid"inin "Quran Evi" mərkəzi Quranın 30-cu cüzi`nin hifzi üzrə yarışlara evsahibliyi edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Ermənistandakı Mədəniyyət Mərkəzinin informasiya və xəbər portalına istinadla verdiyi xəbərə görə, əzəmətli və şanlı İran İslam İnqilabının ildönümü və "Fəcr 10 günlüyü" münasibəti ilə İrəvanın "Göy Məscidi"ndə bu məsicdin "Quran Evi" mərkəzi tərəfindən ermənistanlı müsəlmanlar arasında Quran-Kərimin 30-cu cüzi`nin hifzi üzrə yarışlar keçiriləcəkdir.  

İrəvanın

Bu yarışlar cari ilin Fevral ayının 5-də İrəvanın Göy məscidində başlayacaq, 8, 18 və 18 yaşından yuxarı iştirakçılar arasında keçiriləcəkdir.

Yarışlarda 8 yaşında olanlar Quran-Kərimin Həmd, Tövhid, Nas, Fələq, Kafirun, Kövsər və Əsr surələrinin hifzi üzrə yarışacaqlar. 30-cüzi`nin Zilzal surəsindən axırınadək surələr üzrə 18 yaşınadək olanlar arasında yarış keçiriləcəkdir. Tin surəsindən 30-cu cüzi`nin sonunadək isə 18 yaşından yuxarı iştirakçılar arasında yarışlar keçiriləcəkdir.

Qaliblərə İran İslam İnqilabının ildönümü günü mükafatlar təqdim olunacaqdır.

http://iqna.ir/fa/news/3467828

 

captcha