IQNA

Misrdə "dinlərarası dialoq mərkəzi" təsis edilir

10:09 - February 10, 2015
Xəbər sayı: 2830442
Beynəlxalq qrup: Misrdə Əl-Əzhər universitetinin şeyxi Əhməd Təyyibin nəzarəti altında fəaliyyət göstərəcək "dinlərarası dialoq mərkəzi" təsis edilir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm-əs-sabe" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Əl-Əzhər universitetinin şeyxi Əhməd Təyyibin dediyinə görə Misrdə Əl-Əzhərin İslam Mərkəzinin nəzdində Əhməd Təyyibin özünün birbaşa nəzarəti altında və Məhmud Həmdi Zəqzuqun - Əl-Əzhərin böyük alimləri heyətinin üzvü, - rəisliyi ilə fəaliyyət göstərəcək "dinlərarası dialoq mərkəzi" təsis edilir.



Bu dini mərkəzin təsisindən məqsəd müxtəlif mədəniyyətlər və dinlərin davamçıları arasında dinlərarası dialoq mədəniyyətini tərvic etmək və yaymaq, həmçinin müxtəlif dinlərdən olan insanlar bir yerdə dinc və sülhamiz şəraitdə yaşamaqlarını təmin etmək üçün çalışmaqdır.



Bu mərkəz çalışacaq ki, gələcəkdə dini müəssisələr arasında həmkarlıqları gücləndirmək yolu ilə dinlər arasında müştərək dəyərləri insanlar üçün aşılasınlar və bunun vasitəsilə insanlara dinc və sülhamiz bir mühitdə yaşamağa kömək etsinlər.    



Bu xəbərə görə "dinlərarası dialoq mərkəzi"nin üzvləri aşağıdakı şəxslər olacaqlar:



Sami Məhəmməd Məndur – Əl-Əzhərin Dil və Tərcümə Universitetinin Fransız dili ustadı.



Kəmal Bərbuqə Əbdüssəlam – Əl-Əzhərin İslami Mütaliələr kafedrasının İngilis dili bölməsinin katibi.



Rza Məhəmmədhüsyen Dəqiq – Tənta şəhərinin "Din Metodologiyası" universitetinin "əqidə və fəlsəfə kafedrası"nın katibi.



Məhəmməd Əbdülfüzeyl Əbdürrəhim – Əl-Əzhərin İslami Mütaliələr kafedrasının Alman dili bölməsinin nəzarətçisi.



Məhəmməd Süleymani – Əl-Əzhər məzunlarının dünya birliyi şurasının üzvü və İslam və Məsihiyyət dialoqu tədqiqatçısı.



2826913

Teqlər: əl ، əzhər ، misr ، dinlərarası dialoq
captcha