IQNA

Ermənistan İrəvanın tarixi məscidinin açılışı ilə razılaşmadı

23:47 - September 10, 2014
Xəbər sayı: 1448999
Beynəlxalq qrup: Ermənistan dövləti İrəvanın (Yerəvan) tarixi məscidi olan "Göy Məscid"in – (Cümə Məscidi) yenidən açılışı və istifadəyə verilməsi tələbi ilə razılaşmadı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "World Bulletin" internet xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Ermənistanın ondörd qeyri-övlət təşkilatı 250 il tarixə malik olan "Göy Məscid"in yenidən açılışı tələbini irəli sürsələr də Ermənistan dövləti İrəvanın (Yerəvan) tarixi məscidi olan "Göy Məscid"in – (Cümə Məscidi) yenidən açılışı və istifadəyə verilməsi tələbi ilə razılaşmadı.



İrəvanın "Göy Məscid"i İranlı incəsənət ustaları və memarlarının vasitəsilə 250 il öncə tikilmişdir. Bu məscid azərbaycanlıların Qarabağ müharibəsi illərində bu şəhərdən qovulduğu taridəxədək Ermənistanda yaşayan Azəri şiələrinin ixtiyarında olmuşdur.



Ermənistanın ondörd qeyri-övlət təşkilatı 250 il tarixə malik olan "Göy Məscid"in  müsəlmanların burada camaat və cümə namazlarını qılması məqsədi ilə açılması tələbini irəli sürmüşlər.



İran İslam Respublikası və Gürcüstan səfirliklərinin çoxsaylı səylərinə baxmayaraq bu tarixi məscidin açılışı erməni rəsmilərinin ciddi müxalifəti ilə üzləşmişdir.  



1448771

captcha