IQNA

BMT: İŞİD hələ də beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir

21:43 - February 17, 2024
Xəbər sayı: 3495479
Birləşmiş Millətlər Təşkilatı (BMT) terror təşkilatı İŞİD-ın hələ də beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini bildirib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) terror təşkilatı İŞİD-ın hələ də beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini bildirib.

BMT Baş katibinin hazırladığı son İŞİD hesabatı ilə bağlı BMT Təhlükəsizlik Şurasında iclas keçirilib.

İclasda çıxış edən BMT-nin Terrorla Mübarizə İdarəsinin baş katibinin müavini Vladimir Voronkov bildirib ki, üzv ölkələrin əldə etdiyi mühüm irəliləyişlər sayəsində təşkilatın əməliyyat imkanları məhdudlaşıb.

İŞİD daxilində problemlərin olduğuna diqqət çəkən Voronkov üzv ölkələrin təşkilatın maliyyələşdirilməsi ilə bağlı apardıqları mübarizənin konkret nəticələr verdiyini bildirib.

Voronkov İŞİD-ın daha əvvəl yüz milyonlarla ifadə edilən maliyyə ehtiyatlarının 10-25 milyon dollara qədər azaldığını vurğulayıb.

Bu mühüm irəliləyişlərə baxmayaraq, təşkilatın hələ də təkcə münaqişə zonalarında deyil, ümumilikdə beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratdığını vurğulayan Vladimir Voronkov terror təşkilatının müxtəlif ölkələrdə hücum niyyətini davam etdirdiyini qeyd edib.

captcha