IQNA

Əməl hərəkatı: "Sadiq vədə əməliyyatı müqavimət oxu üçün qürur mənbəyidir"

8:32 - April 23, 2024
Xəbər sayı: 3495827
İQNA – Livanın "Əməl" hərəkatının nümayəndəsi İranın İsrailə qarşı "Sadiq vədə" əməliyyatını müqavimət oxunun qürur mənbəyi kimi qiymətləndirib.

"Sadiq vədə" Beynəlxalq vebinarı 21 Aprel Bazar günü https://www.aparat.com/iqnanews/live saytında onlayn keçirildi.

Beynəlxalq Quran Xəbər Agentliyinin təşkil etdiyi vebinar "Sadiq vədə; İranın gücü və təcavüzkarın cəzalandırılması" adı altında keçirilib. Bəhreyn İnsan Haqları Dərnəyinin sədri Baqir Dərviş, Livan Ali İslam Şiə Şurasının İsveçdəki nümayəndəsi Şeyx Yusif Qarut, həmçinin Dinlər və Məzhəblər Universitetinin mədəniyyət üzrə köməkçisi Abbas Xaməyar çıxış ediblər.

Salah Fəhs beynəlxalq vebinarda İranın sionist rejimə raket və pilotsuz təyyarə hücumu ilə bağlı qiymətləndirmələr edib.

İsrail rejimi aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İranın diplomatik binalarına terror hücumu həyata keçirib. Hücum zamanı İnqilab Keşikçiləri Korpusunun bir qrup komandiri şəhid olub.

Fəhs bildirib ki, Qəzzanın işğalı sionistlər və müttəfiqlərinin Fələstin və bölgədəki müqaviməti məhv edə bilmədiklərini, sadəcə olaraq müharibə cinayətləri və dağıntılara səbəb olduğunu dünyaya göstərdi.

Salah Fəhs, ərəb ölkələri və digər ölkə birliklərinin hər cür müharibə cinayətlərini törədən İsrail və müttəfiqlərinin dəstəyi ilə Fələstin müqavimətini məhv etmək üçün səy göstərdiklərini, lakin bu məqsədə çata bilmədiklərini qeyd edib. İşğalçı rejimin qələbəyə nail olmaq üçün cəbhələrin diapazonunu genişləndirmək və regional müharibə yaratmaq qərarına gəldiyini, bunun üçün Suriyadakı İran konsulluğuna hücum etdiklərini və İranı birbaşa müharibəyə sürükləməsinin Amerika və digər ölkələrin müharibəyə girməsinə səbəb olacağına inandıqlarını bildirib.

"Əməl" hərəkatının nümayəndəsi İranın işğalçı rejimə reaksiyasında bəzi mühüm məqamlara diqqət çəkib.

Birincisi, o, bildirib ki, İran uğurla yeni strateji tənlik yaradıb və onun əsasında İrana qarşı istənilən hücum qırmızı xəttdir və birbaşa cavab alacaq.

Digər məqam isə odur ki, İran əməliyyatı ABŞ və İsrailin digər Qərb müttəfiqlərinin təhdidlərinə baxmayaraq həyata keçirib.

O bildirib ki, İranın reaksiyası göstərir ki, İran istənilən hücuma təkcə müdafiə deyil, həm də hücumla cavab vermək iqtidarındadır və İranın hərbi və kəşfiyyat qüvvələri çox yüksək səviyyədədir.

O, həmçinin qeyd edib ki, İsrail ABŞ və Avropanın dəstəyi olmadan İran İslam Cümhuriyyətinin çox kiçik bir əməliyyatına belə cavab verməkdə aciz olduğunu sübut edib.

O bildirib ki, HƏMAS-ın həyata keçirdiyi Əqsa tufanı əməliyyatı sionist düşmənə qarşı ilk böyük qələbə, İranın "Sadiq vədə" əməliyyatı isə ikinci böyük qələbədir.

"Əməl" hərəkatının nümayəndəsi əlavə edib ki, müqavimət döyüşdə daha çox qələbə qazanacaq.

4211350

captcha