IQNA

Təqva və pərhizkarlıq səadətə çatmağın amillərindəndir

18:54 - January 20, 2024
Xəbər sayı: 3495331
İQNA - Bir çox ayədə “təqva”nın özü və ya onun nümunələri və təqva rənginə malik olan hərəkətləri müxtəlif təbirlərlə əbədi və axirət səadətinin amili və cənnətə girməyə icazə kimi təqdim edilmişdir.

Təqva və pərhizkarlıq səadətə çatmağın amillərindəndirƏminliklə demək olar ki, müasir dövrün insanlarının problemlərindən biri də səadətə, nicata çatmaq üçün yol tapmadan həyat sürmələri və xoşbəxtliyin harada olduğunu bilməmələridir. Amma Qurana əsasən, təqva səadətə çatmağın yollarından biridir. Əgər insan Allahdan qorxar və pərhizkar olarsa, şübhəsiz ki, Allah ona səadətə və rifaha nail olmaqda kömək edər.

Qeyd etdiyimiz kimi insanın səadəti öz əlindədir. Çünki insan iradə və ixtiyar sahibi olan bir varlıqdır. Buna görə də insan öz seçimi və əməlləri ilə səadət yoluna qədəm qoyur.

Keçən bəhsimizdə qeyd etdiyimiz kimi Quran mədəniyyətində səadətə çatanlar üçün xüsusi xüsusiyyətlər və amillər bəyan edilmişdir. Hər bir insan oğlunun vəzifəsi və xeyri Quranla və orada bəyan olunan səadət amilləri ilə tanış olmaqdır. Çünki Quran insanı yoxdan var edən Allahın kəlamıdır.

Keçən bəhsimizdə o amillərdən birinə (yaxşılığa əmr edib, pslikdən çəkindirmək) işarə etdik.

Bu bəhsimizdə də digər bir amili qeyd edəcəyik. O da təqva və pərhizkarlıqdır. dir.

Mütəal Allah bu barədə Quranda buyurur:

«قُلْ لَا يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ ۚ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ»

“(Ya Rəsulum!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız” (Maidə, 100).

Bu ayədən istifadə olunur ki, dünya və axirət səadəti təqva və pərhizkarlığa bağlıdır. Ona görə də ayəyə əsasən, ağıl və zəka sahibləri təqva və Allahın əmr və qadağalarına diqqət yetirməklə dünya və axirət səadətinə nail olurlar.

Təqva, vacibləri yerinə yetirmək və haramları tərk etmək deməkdir.

İstər insan camaat arasında olsun, istər təklikdə olsun, istər qüdrət zirvəsində olsun, istərsə də zillətin sonunda olsun, hər yerdə ilahi təqvaya riayət etməlidir.

Təqva insanı günahlardan çəkindirən Allah qorxusudur.

Ayətullah Misbah Yəzdi “Quranda əxlaq” kitabında buyurur:

“Təqva” Quranda bəşəriyyətin səadət və nicat amili kimi təqdim edilmiş və ona riayət etmək çox vurğulanmışdır...

Bir çox ayədə “təqva”nın özü və ya onun nümunələri və təqva rənginə malik olan hərəkətləri müxtəlif təbirlərlə əbədi və axirət səadətinin amili və cənnətə girməyə icazə kimi təqdim edilmişdir.

Təqva və problemlərdən qurtuluş: Qurani-Kərim buyurur:

«وَ مَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا»

 “Kim Allahdan qorxsa, Allah onun üçün bir çıxış yolu qərar verər” (Təlaq, 2).

Beləliklə, kim ilahi təqvaya əməl edərsə, Allah onun üçün nicat yolu hazırlayar.

Quranın ən ümidverici ayələrindən biri qiraəti qəlblərə səfa verən, ruha nur gətirən, ümidsizlik pərdələrini qoparan, həyat verən, ümid şüaları saçan “Təlaq” surəsinin məhz bu ayəsidir.

Əbuzər Qəffarinin rəvayət etdiyi hədisdə Peyğəmbər (s) buyurur: “Mən bir ayə bilirəm ki, bütün insanlar ona əməl etsələr, onların problemlərini həll etməyə kifayət edər. O Həzrət bu ayəni oxudu və dəfələrlə təkrar etdi.

Əminliklə demək olar ki, müasir dövrün insanlarının problemlərindən biri də səadətə, nicata çatmaq üçün yol tapmadan həyat sürmələri və xoşbəxtliyin harada olduğunu bilməmələridir. Amma “Təlaq surəsinin 2-ci ayəsinə əsasən, təqva səadətə çatmağın yollarından biridir. Əgər insan Allahdan qorxar və pərhizkar olarsa, şübhəsiz ki, Allah ona səadətə və rifaha nail olmaqda kömək edər.

captcha