IQNA

Əhd-peymana vəfalı qalmaq yaxşı insanların xüsusiyyətlərindəndir

10:16 - September 16, 2023
Xəbər sayı: 3494749
TEHRAN (IQNA) - İnsanla Allah arasında olan əhd-peymanlar var. Eləcə də bir şəxsin digər insanlarla bağladıqları əhd-peymanlar var. Bu əhd-peymanların hamısına vəfalı qalan şəxslər yaxşı insanlar sayılırlar.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Bildiyimiz kimi hər bir insan özünü yaxşı insan bilir və ya yaxşı kimi göstərməyə çalışır.

Amma ən önəmlisi insanın həqiqətdə yaxşı insan olub-olmamsıdır. Yoxsa yalandan insanın özünün yaxşı olduğunu və ya yaxşı göstərdiyinin bir faydası yoxdur. Əsas odur ki, insan həqiqətən yaxşı olsun. Çünki insanın dünya və axirət sadətinin sirri yaxşı olmaqdan keçir. Bunu da bizə varlığı yoxdan var edən Mütəal Allah dəqiqliyi ilə və kamil şəkildə deyə bilər.

Allah "Bəqərə" surəsinin 177-ci ayəsində "Əbrar"ın xüsusiyyətlərini bəyan edir.

«لَیْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَکُمْ قِبَلَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ وَ لکِنَّ الْبِرَّ مَنْ  آمَنَ بِاللّهِ وَ الْیَوْمِ الْآْخِرِ وَ الْمَلائِکَةِ وَ الْکِتابِ وَ النَّبِیِّینَ وَ آتَى الْمالَ عَلى حُبِّهِ ذَوِی الْقُرْبى وَ الْیَتامى وَ الْمَساکینَ وَ ابْنَ السَّبیلِ وَ السّائِلینَ وَ فِی الرِّقابِ وَ أَقامَ الصَّلاةَ وَ آتَى الزَّکاةَ وَ الْمُوفُونَ بِعَهْدِهِمْ إِذا عاهَدُوا...»

"Yaxşı əməl heç də (namaz vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (səfər əsnasında pulu qurtarıb yolda qalan yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namazı bərpa edən, zəkat verən kimsələr, əhd-peyman bağlayan zaman əhdinə vəfalı qalanlar...".

“Əbrar” o kəslərdir ki, əhd bağladıqları zaman vədlərinə əməl edirlər. Çünki ictimai həyatın sərmayəsi cəmiyyət üzvlərinin qarşılıqlı etibarıdır. İnam və etibar zəncirini qıran, ictimai münasibətlərin əsaslarını zəiflədən günahlardan biri də verilən vədə əməl etməməkdir. Bu səbəbdən İslam rəvayətlərində oxuyuruq ki, müsəlmanlar hər kəs üçün üç planı həyata keçirməklə məsuldurlar, istər qarşı tərəf müsəlman olsun, istər kafir, istər yaxşı insan, istərsə də pis insan olsun. O üçü bunlardan ibarətdir: “Verdiyi vədəyə əməl etmək, əmanəti sahibinə qaytarmaq və valideynlərə hörmət etmək”.

Əmirəl-möminin Əli (ə) öz tarixi məktubunda Malik Əştərə buyurur ki, əgər düşməninə söz vermişsənsə, vədini yerinə yetirməlisən:

“Düşmənlə öz aranızda əhd bağlamısınızsa və ya ona sığınacaq verəcəyinizə söz vermisinizsə, əhdinizi sədaqət libası ilə örtün və öhdəliklərinizə hörmət edin və canınızı öhdəliklərinizə qalxan qərar verin!”.

İnsanın sivil həyatının zərurətlərində vədinə əməl etməyin önəmi o çox böyükdür. Demək olar ki, bu həyati hadisədən başqa sivilizasiyanın bütün digər nemətləri bir cəmiyyət üçün təmin olunarsa, o cəmiyyət yaşaya bilməz. Sivilizasiya ölər.

İslamda istər müharibə zamanı, istərsə də adi vaxtlarda, əhd-peyman tərəfinin müsəlman və ya qeyri-müsəlman olmasından asılı olmayaraq, əhdə riayət etmək müsəlmanların vəzifələrindəndir; Bu şəkildə (dostlarla və düşmənlərlə) öhdəliklərə sadiq qalmaq insanın sosial həyatının ən mühüm təməllərindən biridir.

Rəvayətlərdə qeyd olunur ki, “Təlhə və Zübeyr” “Əli (ə)” ilə beyət etdikdən bir müddət sonra onun xidmətinə gələrək ondan “ümrə”yə getmək üçün icazə istəyirlər. Onlarda nifaq və əhd-peymanı pozmaq əlamətləri görən İmam Əli (ə) bir daha onlardan vəfa və beyət istədi. Lakin bildiyimiz kimi, onlar öz əhdlərinə sadiq qalmadılar və “Cəməl” döyüşünün atəşini yandırdılar. O atəş on mindən çox müsəlmanı yandırdı.

Qeyd etmək lazımdır ki, insanla Allah arasında olan əhd-peymanlar var. Eləcə də bir şəxsin digər insanlarla bağladıqları əhd-peymanlar var. Bu əhd-peymanların hamısına vəfalı qalan şəxslər yaxşı insanlar sayılırlar.

captcha