IQNA

Şeyx Abbas Quminin əsərlərinin qalıcı olmasının səbəbi

19:12 - July 03, 2023
Xəbər sayı: 3494412
TEHRAN (IQNA) – Şeyx Abbas Qominin kitabının qalıcı olmasının səbəbi onun ixlası və saf niyyəti ilə bağlıdır. Dini mətnlərdə vurğulanır ki, kimsə Allah rizası üçün çalışırsa, işi gizli də olsa, Allah o işi aşkara çıxarar.

Dini ekspert Seyyid Cavad Behişti "İQNA"-nın müxbirinə verdiyi müsahibədə Şeyx Abbas Quminin kitabı Məfatihul-Cinanın haqqında danışıb. Bu söhbətin nəticəsini aşağıda oxuyacaqsınız:

Həqiqətdə, Şeyx Abbas Quminin kitabının bu günə qədər gəlib çatmasının səbəbi onun ixlası ilə bağlıdır. Çünki bizdə belə bir hədis var ki, kimsə Allah rizası üçün iş görsə, işi gizli də olsa, Allah o əsəri aşkara çıxarar. Dəfələrlə istəyirik ki, şəkilimiz televiziyada göstərilsin və həyatımızın təsviri qəzetlərdə yazılsın. Amma bir zamanlar insan bu məsələlərə diqqət etmir. Amma Allah onu ictimailəşdirir. Ola bilsin ki, Şeyx Abbas mühüm bir mövzu seçdiyi üçün onun kitabı qalıcı olub. Bu da Allahla münasibətdir: "(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!" (Füssilət, 33). Allahla əlaqənin təməli vücudumuzdadır. Fitrətimiz Allahpərəstdir və Allahı sevir. Amma peyğəmbər, imam və tərbiyəçi gəlir və bu istedadı çiçəkləndirir. Şeyx Abbas Qumi bunu bu kitabla etmişdir.

Şeyx Abbas Qumi kitabına Quranla başladı. Sonra məsumların dualarını nəql etdi. İmamlar bizə dua etməyi öyrətdi və buyurdular ki, Allahı belə çağırın. Allahdan bunları istə, bu təhlükələrdən Allaha sığın. Təklifim budur ki, Məfatihi ev kitabı edib gələcək nəsillərə buraxmaq üçün bir yol budur ki, Allahı çağırmaq istəsəm, "Cövşən Kəbir" duasını, Allahla zümzümə etmək istəsəm, "Xəmsə Əşər" duasını oxumalıyam. Şeyx Abbas Qumi bunları məsumun dilindən və etibarlı mənbələrdən çıxarıb bir yerə toplayıb.

4142330

captcha