İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki,İmam Səccadın (ə) hüquq risaləsi ilə bağlı gənc yazarları qısa hekayələr yazmağa təşviq etmək məqsədi ilə keçirilən yarışmaya İraq, Misir, Suriya, Bəhreyn, Səudiyyə Ərəbistan və digər ölkələrdən yazarlar qatılıb.
Qeyd edək ki, yarışma "Təratil Səccadiyyə” beynəlxalq dini-mədəni festivalı çərçivəsində baş tutub. Festival artıq 4 ildir ki, İmam Zeynəl-Abidinin (ə) şəxsiyyətini və o həzrətin hüquq risaləsini araşdırmaq məqsədi ilə Kərbəla şəhərində təşkil olunur.