Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Səhərtv-yə istinadla xəbər verir ki, YUNİSEF-in məlumatında deyilir ki, Qəzzədəki uşaqların səksən faizindən çoxu sözügedən problemdən əziyyət çəkir. YUNİSEF Qəzzə zolağındakı uşaqların fəlakətli və acınacaqlı durumu haqda xəbərdarlıq edib.
BMT-nin uşaq fondu həmçinin bildiribdir ki, Qəzzədə beş yaşınadək olan minlərlə uşaq pis qidalanma səbəbindən şəhid ola bilər.
Təşkilatın bəyanatında deyilir ki: Bu qəbuledilməz təhlükə Qəzzə zolağındakı səhiyyə və qida sistemlərinin tam dağılmanın şahidi olduqları bir zamanda baş verir.