IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) şəfəqna-ya istinadən xəbər verir ki, ibadətgah olduqca qeyri-adi bir məkanda açılacaq.
Belə ki, yerli müsəlman icması yerli hakimiyyət orqanlarından tarixi ictimai hamam binasını alıb.
Sözügedən tikili hələ 1928-ci ildə inşa edilib.
Orada hamamın ardınca düymə fabriki və texnikum fəaliyyət göstərib, 1999-cu ildə isə bina tərk edilib.
2016-cı ildən isə binada qeyri-qanuni məskunlaşma prosesi başlayıb.
Milan rəhbərliyi bu problemi həll etmək üçün müsəlman icmasına orada məscid açmağı təklif edib. Adıçəkilən şəhərdə indiyədək məscidin olmadığını nəzərə alaraq, yerli müsəlman icması bu təkliflə razılaşıb.