IQNA

İlahi peyğəmbərlərin tərbiyə üsulları

21:24 - June 03, 2022
Xəbər sayı: 3492336
İlahi peyğəmbərlər hər dövrdə müxtəlif şərait və ehtiyacları olan müxtəlif fərd və qruplarla qarşılaşmışlar. Bu səbəbdən də, insanı müəyyən yollarla hidayət və tərbiyə etməyə çalışmışlar. Qurani-Kərim peyğəmbərlərin bəzi tərbiyə üsullarından bəhs edir. Onlar bu gün istənilən pedaqoq və ya müəllimin istifadə edə biləcəyi üsullardır.

"İQNA", xəbər verir ki, Quran təfsirçisi Məhəmməd Əli Ənsari, insan tərbiyəsi mövzusunda danışıb: Onun çıxışının mətni belədir:

Yaradılış sistemində ən çətin vəzifələrdən biri insan tərbiyəsi mövzusudur. Mövcud vəziyyətdən asılı olaraq, peyğəmbərlər insanı tərbiyə etmək üçün müxtəlif üsul və vasitələrdən istifadə etmişlər.

Birinci üsul sorğulama üsuludur. Yəni məntiqli tərbiyəyə nail olmaq yolunda suallar yaratmaqdır. Heç bir şey insan beynini sual kimi məşğul etmir. Sual vermək insanın inkişafı üçün zəmin yaradır. Sualın özü elmin və agahlığın səbəbidir. Agahlığı olmayanın sualı olmur. Sual yaradmaq məntiqli təlim üsuludur və insanın təfəkkür qüdrətini aktivləşdirir. Bu məsələni Quranın müxtəlif ayələrində görürük: "Peyğəmbərləri onlara dedilər: Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?!" (İbrahim / 10).

Sual verməyin şəraiti var. Birincisi sorğu sahələrini bilməkdir. Yəni müəllim və tərbiyə edən əvvəlcə sualın maraqlı sahələri ilə tanış olmalı, sonra cavabdan xəbərdar olmalıdır. Bu üsul məntiqli təlim və xitab olunan şəxsin zehnini yönləndirmək üçün ən xalis üsullardan biridir.

İkinci üsul şagirdyetişdirmək və məlumat verməkdir. İnsanın ağılı yanacağa ehtiyacı olan bir cihazdır. Ağıl mənbə deyil, təhlil cihazıdır və məlumata ehtiyaclıdır. Ağıl fəal olmaq üçün qidalanmalıdır. Ağılı ən çox fəal edən agahlıq ​​və elmdir. Quran ilk gündən insanların ağlını qidalandırmaq üçün işə təlimlə başlayır: "Və bütün adları Adəmə öyrətdi". (Bəqərə, 31). Allah elm öyrənmək mövzusunu Peyğəmbərə (s) nazil olan ilk ayələrdə belə bildirir: "Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə, O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı. Oxu ki, sənin Rəbbin (bütün kərimlərdən) daha kərimdir. (Ələq, 1-2-3). Təlim çərçivəsində Allah insanları tərbiyəyə yönəldir. Buna görə də, ilahi peyğəmbərlər əvvəlcə müəllim, sonra isə tərbiyəçidirlər. Qeyd edək ki, təhsildə ilk bəla səbirsizlikdir.

Peyğəmbərlərin istifadə etdiyi digər təsirli üsul isə dəlil və istidlaldır: "De: Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin". (Bəqərə, 111). İstidlal (dəlil və sübut gətirməklə) tərbiyənin ən mühüm yollarından biri (cidali əhsən) yaxşı cədəl etməkdir. "Cidal" kəlməsi "cədəl" kəlməsindən əxz olunmuşdur. Cədəl parıldamaq və bükmək deməkdir. "Cidal" xitab olunan şəxsin məlumat və biliyini anlamaqdır. Sonra da eyni zehniyyətlə, eyni agahlıqla ona cavab verməliyik. Quranın öyrətdiyi yol budur və çox münasib yoldur.

4057126

captcha