IQNA

İslam Peyğəmbərinə (s) hörmətsizlik edən müəllim işdən çıxarılıb

11:28 - March 05, 2022
Xəbər sayı: 3491862
Britaniyada bir məktəb müsəlman icmasının etirazlarından sonra İslam Peyğəmbərinə (s) hörmətsizlik edən müəllimin fəaliyyətini dayandırıb.

İslam Peyğəmbərinə (s) hörmətsizlik edən müəllim işdən çıxarılıb"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, Britaniyanın "Telegraf" qəzeti Bedfordşir əyalətindəki "All Saints" məktəbində bir müəllimin dini dərs keçərkən Usamə bin Ladenin şəklini göstərərək onun İslam Peyğəmbəri (s) olduğunu bildirib. Buna görə də bu şəxsin həbs edildiyini yazıb.

Teleqraf.com xəbər verir ki, İslam xəbər saytı “5Pillars” bu xəbəri dərc etdikdən sonra məktəb Britaniyadakı müsəlman icmasının üzvlərinin sərt reaksiyası ilə üzləşib. İslam xəbər saytı 5 Pillars rəhbərinin müavini bu addımı utancverici və qəbuledilməz adlandırıb.

"All Saints" məktəbi də bəyanat yayaraq hadisəyə görə üzr istəyib və bildirib ki, müəllimin niyə belə hərəkət etdiyini müstəqil şəkildə araşdırır.

Bəyanatda deyilir ki, təhqir edən müəllimin hərtərəfli sorğu-sual olunması üçün dərsdən dərhal uzaqlaşdırılıb.

4040086

captcha