IQNA

İngiltərənin Lester şəhərində Peyğəmbərin (s) mövlud ildönümü qeyd olunur

12:00 - October 05, 2022
Xəbər sayı: 3493028
İngiltərənin Lester şəhərindən olan minlərlə müsəlman Həzrət Məhəmmədin (s) mövlud ildönümünün gəlişini yürüş keçirərək qeyd ediblər.

"İQNA", "Lester Merkuri"-yə istinadən xəbər verir ki, Minlərlə Lester müsəlmanı oktyabrın 2-də bazar günü Həzrət Məhəmmədin (s) mövlud ildönümünü qeyd edib.

Saat 13:00-da Hayfildsdəki Sazerlend küçəsindəki Lester İslam Mərkəzindən başlayan bu yürüş bu şəhərin mərkəzi məscidində günorta yeməyi yeməklə başa çatıb. Bu mərasimin təşkilatçılarından biri olan Mustafa Malikin sözlərinə görə, bu mərasimdə 8-10 min arasında insan iştirak edib.

Son 30 ildir ki, bu şəhərdə hər il bu yürüş keçirilir. Lakin Kllr Mustafa bu ilki yürüşdə onun indiyə qədər gördüyü ən böyük izdiham olduğunu söyləyib. O, deyi: "Mənim və digər müsəlmanların həyatında ən önəmli insan Həzrət Məhəmməddir (s).

O, qeyd edib: "Peyğəmbərin (s) doğum gününü qeyd etmək və onun sülh mesajını yaymaq üçün bir araya toplaşa biləməyimiz məni həqiqətən sevindirir. Bu qədər insanın bu günü bayram etməyə gəlməsi çox gözəldir".

Leicestershire Polisi də bir açıqlama verdi: "Həzrət Məhəmmədin (s) mövludunu qeyd etmək üçün bugünkü yürüşün təşkilatçılarına və Lesterin tarixində çoxdan keçirilən bu hadisədə polislə həmkarlıq etdiklərinə görə təşəkkür edirik".

4089631

captcha