IQNA

Quran surələri / 27

Süleymanın (ə) Nəml surəsində heyvanlarla söhbəti

13:02 - August 23, 2022
Xəbər sayı: 3492781
Süleyman (ə) yeganə peyğəmbər idi ki, padşahlıq məqamına malik idi. Sahib olduğu elm və sərvətdən əlavə, heyvanlarla danışa da bilirdi. Bir çox məxluqlar onun ixtiyar və rəhbərliyi altında idilər. Bu səbəbdən onun insan və cinlərdən ibarət böyük bir ordusu var idi. Bu da Süleymana (ə) heyrətamiz güc verirdi.

Qurani-Kərimin iyirmi yeddinci surəsi Nəml (qarışqa) adlanır. Məkkədə nazil olan bu surə Peyğəmbərə (s) nazil olan qırx səkkizinci surədir. "Nəml" surəsi 93 ayədən ibarətdir ki, bunlar Quranın 19 və 20-ci cüzlərində yer alır.

Bu surədə qarışqalar və Həzrət Süleymanın (ə) hekayəsindən bəhs edilməsi bu surənin "Nəml" adlandırılmasına səbəb olub. Allah bu surədə beş peyğəmbər Musa (ə), Davud (ə), Süleyman (ə), Saleh (ə) və Lutun (ə) hekayətlərinə müraciət edərək möminləri müjdələyir və müşriklərə xəbərdarlıq edir. Bu surədə Allahı tanıma məsələsi, tövhidin əlamətləri və qiyamət hadisələri haqqında da bəzi mətləblər gəlib.

Bu surənin xüsusiyyətlərindən biri budur ki, bu surədə iki “Bismillahir-Rəhmanir-Rəhim” gəlib. Biri surənin əvvəlində, digəri isə 30-cu ayədə Süleyman peyğəmbərin (ə) Səba məlikəsinə (Bilqeysə) yazdığı məktubun əvvəlindədir.

Əllamə Təbatəbai “Nəml” surəsinin əsas məqsədini insanlara müjdə və xəbərdarlıq hesab etmişdir. Bu məqsədlə o, Musa (ə), Davud (ə), Süleyman (ə), Saleh (ə) və Lut (ə) da daxil olmaqla bəzi peyğəmbərlərin hekayətlərindən qısa şəkildə bəhs etmişdir. Daha sonra rübubiyyətdə Allahın birliyi və məad kimi bəzi maarifdən də bəhs etmişdir.

Allahın sonsuz elminə, varlıq aləmindəki hər şeyə nəzarətinə və bəndələri arasında hökmranlığına işarə edilməsi və buna diqqət etməyin insanlar üzərində böyük tərbiyəvi təsiri olması bu surədə bəhs edilən digər mövzulardan sayılır. Allahın elmi, tövhidin əlamətləri və məad hadisələri digər mətləblərdir ki, bu surədə onlardan bəhs edilib.

Bu surədə Davud (ə) və Süleymanın (ə) əhvalatından ətraflı bəhs edilir. Düşündürücü dərslər ehtiva edən bu hekayələr müxtəlif mövzulardan bəhs edir. O cümlədən Davud (ə) və Süleymana (ə) elm verilməsi, Süleymana (ə) Davuddan (ə) miras qalması, Süleymanın (ə) quşların dilini bilməsi, cin və insanlardan ibarət bir orduya sahib  olması, Süleymanın (ə) qarışqalar vadisindən keçməsi, Hudhudun yox olması və sonradan qayıdışı, Səba və onun məlikəsinin xəbəri, günəşə ibadətləri, Süleymanın (ə) Səba məlikəsinə məktubu, Səba məlikəsinin rəhbərlərlə məsləhətləşməsi, Süleymana (ə) hədiyyə, Süleymanın hədiyyədən imtina etməsi, hücum təhlükəsi, Süleymanın Səba məlikəsinin taxtını gətirmək istəməsi, Səba məlikəsi Süleymanın yanına gəlməsi, gəldiyi zaman taxtını orada görməsi, Süleymanın (ə) sarayına daxil olaraq ona heyran olması və Allaha iman gətirməsi

Oxşar xəbərlər
captcha