IQNA

İmam Əli (ə) ziyarətgahında “Mübahilə günü” qeyd edildi

14:58 - August 04, 2021
Xəbər sayı: 3490448
İslam Tarixində baş verən mühüm hadisələrdən biri olan Mübahilə günü İraqın Nəcəf şəhərində, Həzrət İmam Əli (ə) müqəddəs ziyarətgahında qeyd olunub.

İslam Tarixində mühüm hadisələrdən biri olan Mübahilə günü İraqın Nəcəf şəhərində, İmam Əli (ə) ziyarətgahında qeyd olunub.

Qeyd edək ki, Mübahilə günü Nəcran məsihilərinin İslam Peyğəmbərinin dəlillərini qəbul etməməsindən sonra Ali İmran surəsinin 61-ci ayəsi nazil olur.

Peyğəmbər (s) ayəyə əsasən Məsihilərə səhv olan tərəfə bəla nazil olması üçün birlikdə nifrin edilməsini təklif edir. Məsihilər gördülər ki, təyin olunmuş vaxtda mübahilə məhəllinə Həzrət Peyğəmbər (s) iki uşaqla, bir gənclə və bir qadınla gəlir.

Hər iki məzhəbin alimləri bildirirlər ki, ayədəki “oğlanlarımız” kəlməsindən məqsəd Həsən (ə) və Huseyn (ə), “qadınlarımız” kəlməsindən məqsəd Xanım Fatimeyi-Zəhra (s.ə.), Peyğəmbərin (s) özü kimi təqdim edilən şəxs isə – Həzrət Əlidir (ə).

Bundan sonra məsihilər mübahilə etməkdən imtina edir və məğlub olurlar. Vergi verməklə İslam dövlətinin himayəsində və öz dinlərində qalırlar.

captcha