IQNA

İranın yeni prezidenti Ayətullah Rəisi avqustun 3-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb - FOTO

12:45 - August 03, 2021
Xəbər sayı: 3490434
Bu gün Seyid İbrahim Rəisi Tehranda İmam Xomeyni adına hüseyniyyədə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei tərəfindən prezidentlik hökmünü qəbul edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın yeni seçilən Prezidenti Ayətullah Seyid İbrahim Rəisi bu gündən (3 Avqust 2021-ci il) vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Bu gün, həftənin Çərşənbə Axşamı, Avqustun ayının 3-də, Seyid İbrahim Rəisi Tehranda İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Ali Məqamlə Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei cənabları tərəfindən prezidentlik hökmünü qəbul edib.  

Ali Rəhbər  İran xalqının rəyini təsdiq edərək cənab Seyid İbrahim Rəisinin respublika prezidenti kimi səlahiyyətlərinin rəsmən icrasına başlaması üçün hökm çıxarıb.

Ayətullah Xamenei, hökmündə xalqın seçkilərdə mənalı və izzətli iştirakını, eləcədə xalqa can yandıran, dindar və idarəetmədə parlaq bir keçmişi olan şəxsin seçilməsini millətin  inqilab yolunu yəni ədalət, tərəqqi və azadlıq yolunu davam etdirmək əzminin əlaməti olaraq dəyərləndirib.  
Ali Rəhbər bütün sahələrdə bir sıçrayış etməyin zəruriliyini vurğulayıb və ölkədə istehsal sahəsindəki maneələri aradan qaldırmağa, milli valyutanı möhkəmləndirməyə, cəmiyyətin orta və aşağı təbəqələrini gücləndirməyə və sürətlə irəliləməyə səy göstərilməsinə təkid edib. 
Mərasimdə Ali Rəhbər ayətullah Seyid Əli Xamənei, prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, nazirlər kabinetinin üzvləri, deputatlar və  Silahlı Qüvvələrin komandanları  iştirak ediblər.
Mərasimin əvvəlində ölkənin daxili işlər naziri   XIII dövr prezident seçkilərinin keçirilmə prosesi ilə bağlı hesabat verib. Daha sonra Ali Rəhbərin İ.Rəsinin prezidentliyini təsdiqlədiyinə dair hökmü oxunub.
Bundan sonra İranın yeni prezidenti İbrahim Rəisi çıxış edib və özünün siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramları haqqında danışıb. 
Qeyd edək ki, Seyid İbrahim Rəisinin andiçmə mərasimi avqustun 5-də İran parlamentində 73 ölkədən  qonaqların iştirakı ilə keçiriləcək. /iqna
 
 
 
 
 

 

captcha