IQNA

"Həzrət Əbu Talibin sirəsi" kitabının təqdimatı keçirildi

10:53 - August 03, 2021
Xəbər sayı: 3490432
İraqın Kərbəla şəhərində keçirilən "Əbu Talib; mömin və şair insan" adlı V beynəlxalq konfransda "Həzrət Əbu Talibin sirəsi və həyat tərzi" adlı 20 cildlik ensiklopediyanın təqdimatı keçirilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində xarici və daxili qonaqlarların, alim və araşdırmaçıların iştirakı ilə keçirilən "Əbu Talib; mömin və şair insan" adlı V beynəlxalq konfransda "Həzrət Əbu Talibin Sirəsi" adlı 20 cildlik ensiklopediyanın təqdimatı keçirilib.

Bu barədə Həzrət İmam Hüseyn (ə) Elmi Assambleyasının direktoru Müştaq Saleh əl-Müzəffər məlumat verib.

O deyib: Bu beynəlxalq konfrans Həzrət Əbu Talibin şəxsiyyətinin müxtəlif cəhətlərinin araşdırılması və o həzrətin müsəlman cəmiyyətinə tanıdılması hədəfi ilə təşkil edilib. Çünki onun tanınmaz qalması məzlumiyyətinə səbəb olub, hətta bəziləri ona kafirlik töhməti də vurublar.

Müştaq Saleh əl-Müzəffər əlavə edib: Araşdırmaçılar Həzrət Əbu Talibin şəxsiyyətini və imanını müsəlmanlar və ərəblər arasında tanıtdırmağa və müdafiə etməyə çalışıblar. Belə ki, bu iki günlük elmi konfransda 55 elmi araşdırma müzakirə edilib. / iqna 

کنفرانس علمی بین‌المللی بررسی شخصیت حضرت ابوطالب(ع) در حرم امام حسین (ع) برگزار شد +عکس
 
captcha