IQNA

Məryəm Osmani; Tunisin ən kiçik Quran hafizi

22:19 - August 12, 2020
Xəbər sayı: 3487873
Tehran (IQNA) -  Azyaşlı xanım Məryəm Osmaninin yaşının 10-dan çox olmamasına baxmayaraq o, bütün Qurani-Kərimə uşaq yaşlarında ikən əzbərləyə bilib.

Xanım Məryəm Osmani Tunisin Tuzər əyalətində yaşayır. O, bu ölkənin ən azyaşlı Quran hafizi hesab edilir.

Məryəm ibtidai məktəbin 4-cü sinifində oxuyur. Oxuduğu məktəbdə yaşıdlarına arasında 20 baldan 18.42 qiymət alaraq birinci yeri qazanıb. O, dərslərindəki uğurlarını da Quranı əzbər bilməsi ilə əlaqələndirir.

Bu azyaşlı Quran hafizi 5 yaşında ikən Quranı əzbərləməyə başlayıb. Və hər gün yarım "hizb" (5 səhifə) əzbərləməklə beş il ərzində Quranı əzbərləyib.

Məryəm xanım koronavirus yayılması ilə tətbiq edilən məhdudiyyətlərdən və evdə qalmaqdan istifadə edərək Quran hifzini daha tez başa vurub.  /3916136

«مریم عثمانی» کوچکترین حافظ قرآن در تونس

captcha