IQNA

İmam Əlinin (ə) hərəmində Qədir-Xum bayramı keçirilib - FOTO

11:59 - August 09, 2020
Xəbər sayı: 3487847
Qədir Xum bayramını İmam Əlinin (ə) mütəhhər hərəmində qeyd etmək istəyən minlərlə zəvvar İraqın Nəcəf- Əşrəf şəhərinə axışıblar.

İmam Əlinin (ə) İlahi tərəfindən Peyğəmbərdən (ə) sonra ümmətə imam və rəhbər seçilməsi günü - Qədir Xum bayramı münasibətilə İmam Əlinin (ə) müqəddəs və mütəhhər hərəmi minlərlə tər gül-çiçəklə bəzədilib.

Hərəmin həyətinə toplaşmış zəvvarla bayram münasibəti ilə hədiyyələr paylanılıb. 

Hərəmdə “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır” yazılmış plakatlar, bayraqlar asılıb. Hərəmin bütün meydanlarına asılan rəngli işıqlar isə, bayrama xüsusi bir rəng qatıb./3915381

 

 

 

 

captcha