IQNA

İordaniyada Milli Quran Yarışlarının final mərhələsi keçirilir

0:08 - April 14, 2019
Xəbər sayı: 3484984
İordaniyanın paytaxtı Oman şəhərinin "Məlik Müəssis" məscidinin toplantı salonunda kişilər arasında 27-ci Milli Quran Hifzi Yarışlarının final mərhələsi keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ammonnews.net" saytına istinadla verdiyi xəbərə görə, İordaniyanın paytaxtı Oman şəhərinin "Məlik Müəssis" məscidinin toplantı salonunda kişilər arasında 27-ci Milli Quran Hifzi Yarışlarının final mərhələsi keçirilir.

İordaniyanın İslami İşlər və İslami Fondlar Naziri Əbdünnasir Əbulbəsəl bir həftə öncə başlayan bu yarışların cəmiyyətin müxtəlif təbəqələri arasında Quranla üns vasitəsi ilə əlaqələrin möhkəmlənməsi məqsədi daşıdığını vurğulayaraq deyib: Yarışların final mərhələsində İordaniyanın müxtəlif bölgələrindən 230 nəfər iştirak edir.  

O əlavə edib: İordaniya dövləti Qurana xidmət sahəsində Quran yarışları təşkil edir, İordaniyanın Milli Müshəfini (Müshəful-Haşimi) nəşr edir, Quran təfsiri üçün "ət-təfsir" saytını təsis edib, Quranın "süls" xətti ilə yazılması layihəsini başladıb və həmçinin Əqsa məscidində Quran qarilərinə xüsusi məkan verib.

İordaniya İslami Fondlar Nazirliyinin Dini Təlim İdarəsinin müdiri Hatəm Səhimat deyib: Bu yarışların ilk mərhələsində 1700 nəfər iştirak etdi. Final mərhələsində yarışlar isə Quranın kamil hifzi, 25 cüz, 20 cüz, 15 cüz, 5 cüz və bir cüzinin hifzi ixtisasları üzrə keçirilir. Bu yarışlar gələn həftənin Cüməaxşamı günündək davam edəcək.       

http://iqna.ir/fa/news/3803234

آغاز برگزاری مرحله نهایی مسابقات قرآنی اردن

captcha